ABŞ Yaxın Şərqdəki qoşunlarını qorumaq üçün tədbirlər görəcək

A- A A+

Pentaqon rəhbəri Lloyd Ostin bildirib ki, Birləşmiş Ştatlar Amerika hərbçilərinə hücumlarla əlaqədar öz qoşunlarının təhlükəsizliyini təmin etmək üçün tədbirlər görəcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Qazeta.ru” saytı məlumat yayıb.

“İranın dəstəklədiyi qüvvələr ABŞ hərbi personalına qarşı davam edən hücumlara görə məsuliyyət daşıyır və biz ABŞ-ni və qüvvələrimizi lazımi vaxtda və lazımi şəkildə qorumaq üçün ciddi addımları atacağıq. ABŞ Yaxın Şərqdəki qüvvələrinə hücumlara dözməyəcək və hərəkətə keçəcək”, - deyə müdafiə rəisi bildirib.

Qeyd edək ki, yanvarın 28-də Suriya və İordaniya sərhədindəki ABŞ hərbi bazasına pilotsuz təyyarənin hücumu nəticəsində 3 amerikalı hərbçi ölüb, 20-dən çox əsgər yaralanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: