Yekun qiymətləndirmədə, tələbə qəbulu qaydalarında nəzərdə tutulan dəyişikliklər təsdiqlənib

A- A A+

Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi, 9 və 11 illik təhsil bazasında kolleclərə, həmçinin ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarında nəzərdə tutulan dəyişikliklər təsdiq edilib.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarlarına əsasən “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nda, “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda, “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda və “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişikliklər edilib.

Dəyişikliklərin məzmunu ilə aşağıdakı keçidlərdən tanış olmaq mümkündür: http://dim.gov.az/upload/iblock/6f2/6f2f137f2f9009b4bc4e1c5b221ad228.pdf http://dim.gov.az/upload/iblock/3d2/3d28ee8e21419112451f0be5ac36fc3f.pdf http://dim.gov.az/upload/iblock/355/35594d39c1b74ff6eca86ee64650ea31.pdf http://dim.gov.az/upload/iblock/cef/cef860a6613fb188b5f03484b30d1b52.pdf .
Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: