“Naxçıvan” Universitetində 2 fevral-Gənclər günü qeyd olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, “Naxçıvan” Universitetində  Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi” çərçivəsində “Gənclər gələcəyimizdir!” adlı tədbir keçirilib.

Tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.

Sonra Azərbaycanda həyata keçirilən gənclər siyasətinə dair videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən “Naxçıvan” Universitetinin rektoru, Anar Kazımov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirinin müavini, nazir səlahiyyətlərini müvəqqəti icra edən Məcid Seyidov Gənclər Günü münasibətilə təbriklərini çatdırıb, gənclərin dövlətin gələcəyi, cəmiyyətin aparıcı qüvvəsi olduğunu bildiriblər. Vurğulanıb ki, ulu öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib, həmin vaxtdan etibarən Azərbaycan gəncliyinin yeni erası başlayıb və gənclərin fəaliyyəti daim dövlətin diqqət mərkəzində olub.

 Qeyd olunub ki, gənclərinə böyük ümidlər bəsləyən müstəqil Azərbaycan dövləti onların inkişafı istiqamətində mühüm işlər həyata keçirir. Bunun nəticəsidir ki, gənclərimiz müxtəlif sahələrdə öz qabiliyyətlərini əzmkarlıqla, ruh yüksəkliyi ilə nümayiş etdirərək uğurlar qazanırlar.

Tədbirin sonunda fəaliyyəti ilə seçilən bir qrup istedadlı tələbə diplomla təltif olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: