Naxçıvanda ilk dəfə olaraq “Yaşıl Məktəb” layihəsi həyata keçiriləcək

A- A A+

Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Təhsil, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi”nə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan yaşıl məktəb layihəsi həyata keçiriləcək.

Yaşıl məktəb layihəsinə 2024-cü ilin fevral ayının 15-dən start veriləcək və dekabr ayının sonuna qədər olan dövrü əhatə edəcək.

Layihə çərçivəsində muxtar respublikanın ümumtəhsil müəssisələrinin ərazilərində relyefə uyğun 10000 meyvə və dekorativ ağaclarının əkilməsi nəzərdə tutulur. 

Ağacəkmə aksiyaları könüllü olaraq tədris müəssisələrinin kollektivlərinin, valideynlərin, həmçinin könüllülərin və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə həyata keçiriləcək. 

Qeyd edək ki, “Yaşıl məktəb” layihəsinin məqsədi ətraf mühitin qorunması, şagird və tələbələrdə təbiətə qayğı hissini, ekoloji mədəniyyəti və maarifləndirməni inkişaf etdirmək, onların sağlamlığının qayğısına qalmaqdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: