Alimlər “superböcək” bakteriyasına qarşı yeni antibiotik hazırlayıblar

A- A A+

Amerikalı tədqiqatçılar “superböcək” bakteriyasına qarşı daha təsirli olan yeni antibiotik hazırlayıblar.

NUHÇIXAN Euronews telekanalına istinadla xəbər verir ki, yeni preparat dərmanlara davamlı bakteriya ştammlarına qarşı təsirlidir, lakin onun insanlarda effektliyini tam müəyyən etmək üçün əlavə sınaqlara ehtiyac var.

“Kresomisin” adlanan sintetik antibiotik dərmanlara davamlı “Staphylococcus aureus”, “Escherichia coli” və “Pseudomonas aeruginosa” kimi bakteriyalara qarşı müsbət nəticə göstərir. Bunlardan ikisi Ümumdünya Səhiyyə Təşkilatının yeni antibiotiklərə "təcili ehtiyac duyulan" prioritet patogenlər siyahısına daxil edilib. Bakteriya, virus və ya mikrobların dərmanlara qarşı davamlılığı Avropa İttifaqında ildə 35 mindən çox insanın ölümünə səbəb olan ictimai sağlamlıq təhlükələrindən biri sayılır.

“Kresomisinin” və onun kimi dərmanların təhlükəsizliyi və effektivliyi hələ tam tədqiq olunmasa da, nəticələrimiz kliniki təsdiqlənmiş antibiotiklərlə müqayisədə ştammlara qarşı daha çox fayda verə biləcəyini göstərir”, - deyə araşdırmaya rəhbərlik edən Harvard Universitetinin professoru Endru Myers bildirib.

Tədqiqatın həmmüəllifi Ben Tresko yeni antibakterial maddələrin kəşfinin mikroblardan bir addım önə keçmək üçün çox vacib olduğunu qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: