NUHÇIXAN xəbər verir ki, tədbirdə institutun rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev bildirdi ki, bu gün dünyanın müxtəlif ölkələrində əlli milyona yaxın azərbaycanlı yaşayır. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən xalqa ərməğan edilən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü dünyanın harasında yaşamasından asılı olmayaraq bütün dünya Azərbaycanlıları tərəfindən sevinclə qeyd edilir. Həmrəylik günü azərbaycanlılar bir amal uğrunda müstəqil Azərbaycanın tərəqqisi, dünyada tanıdılması və Azərbaycan xalqının multikultural dəyərlərə münasibətinə görə nümunəvi bir ölkə olduğunu bəyan etmək üçün birləşirlər. Rektor həmçinin son semestr ərzində institutun tələbələrinin muxtar respublikada təşkil olunan müxtəlif tədbirlərdə fəal iştirakına toxunaraq əldə olunan uğurlardan danışıb. Sonda Elbrus İsayev Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi.
İnstitutun Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Çapay Quliyev İnstitut tələbələrinin bu semestr ərzində qazandığı uğurlar və tutduğu yerlər haqqında məlumat verib.
Tədbirdə institutun istedadlı tələbələri musiqi nömrələri, şeir qiraəti, rəqslər ifa edib və “Təbəssüm” komandası yumoristik səhnələr göstərib.