Məleykə Abbaszadə: Məktəblərdə gender bərabərliyi pozulub, peşəyönümlü ciddi işlər aparılmalıdır

A- A A+

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə təhsil sferasında kişi müəllimlərin sayının artırılması, gender bərabərliyinin bərpası üçün peşəyönümlü işin aparılmasının vacib olduğunu bildirib.

NUHÇIXAN-ın məlumatına görə o, jurnalistlərə açıqlamasında deyib ki, bununla yanaşı insanları hansısa peşəni seçməyə məcbur etmək düzgün deyil.

"Bu məsələ ilə bağlı peşəyönümlü ciddi işlər aparılmalıdır ki, bizim gənc oğlanlar müəllimlik peşəsini seçsinlər. Maarifləndirmə işləri artmalıdır.

Məktəblərdə gender bərabərliyi pozulub. Müəllimlərin əksəriyyəti qadınlardır. Ancaq məktəb direktorlarının əksər hissəsi kişilərdir. Təhsil sahəsində rəhbər vəzifələrdə də kişilər üstünlük təşkil edir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: