Naxçıvanda təhsil müəssisələrində vakant olan kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə 19 vakansiya üçün müsabiqə elan olunur
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə elan olunub.
Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, müsabiqəyə təhsil müəssisələrində vakant olan kitabxana müdiri vəzifəsi üzrə 17, kitabxanaçı vəzifəsi üzrə isə 2 olmaqla ümumilikdə 19 vəzifə çıxarılıb.
Qeyd olunan vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər 13-29 mart tarixləri arasında şəhər və rayon Təhsil Şöbələrinə müvafiq sənədlərini təqdim edə bilərlər.
Hər namizəd yalnız bir vakansiya üzrə müsabiqədə iştirak edə bilər.
Vakansiya haqqında ətraflı məlumat https://bitly.ws/3fHSv linkində yerləşdirilib.