Azərbaycan VIII Beynəlxalq Psixologiya konfransı keçiriləcək - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, aprelin 25-26-da Xəzər Universitetinin Psixologiya departamentinin təşkilatçılığı ilə Azərbaycan VIII Beynəlxalq Psixologiya konfransı keçiriləcək.

Beynəlxalq konfransda  iştirak etmək üçün məruzələrin  tezis qəbuluna başlanılıb. Bütün tezis təqdim edənlər 8-ci Azərbaycan Beynəlxalq Psixologiya Konfransı üçün tam qeydiyyatdan keçmiş və ödənişli iştirakçı olmalıdırlar. Tezislər Azərbaycan, rus , ingilis dillərində qəbul edilir və həcmi maksimum 250 sözdən ibarət olmalıdır. İki gün davam edəcək konfransda hər bir iştirakçı üçün maxsimum 2 tezis təqdim edilə bilər. Qəbul edilmiş tezislər zamanı müəlliflər tərəfindən poster təqdimatı üçün uyğun olacaq. Annotasiya təqdim etmək üçün heç bir ödəniş tələb olunmur.

Qaydalara əsasən tezislərin məzmununda  aşağıdakı ardıcıllıq gözlənilməlidir:

-Giriş

-Məqsədlər

-Metod

-Nəticələr

-Müzakirə və Yekun

-İstinadlar

-Açar sözlər – Üçü daxil etmək məcburidir   

Tezislərin son göndərilmə  tarixi 20 aprel 2024-cü ildir.

Konfransda psixi sağlamlıq sahəsində təhsil alan tələbələr, bu sahədə çalışan mütəxəssislər və müəllimlər, insan resursları və idarəetməsində çalışanlar, maliyyə sahəsində çalışanlar və psixologiya sahəsinə maraq göstərənlər iştirak edə bilərlər.

Eyni zamanda konfransda xarici ölkə mütəxəssisləri psixologiya üzrə mühazirələr oxuyacaq, təlimlər keçəcəklər.

Qeyd edək, ki, ötən il ölkəmizdə 7-ci dəfə Xəzər Universitetində reallaşan konfransda psixoloq və psixologiya ixtisası üzrə təhsil alan 200-dən çox tələbə iştirak edib.

Konfransda iştirak etmək istəyənlər:

https://khazar.org/az/item/607,

https://www.instagram.com/psixoloq_melek_kerimova?igsh=MW00ZHJpNzlwbjhvMw==

https://www.instagram.com/khazaruniversity_?igsh=MTFmYTlodTZxZ2VlNw==

https://www.facebook.com/share/cBBXURtSVudUo6gT/?mibextid=qi2Omg 

vasitələri ilə ətraflı məlumat ala bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: