ADA universitetinin əməkdaşları naxçıvanlı məktəblilərlə görüşüb - VİDEO

A- A A+

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində ölkənin nüfuzlu universitetlərindən olan ADA Universitetinin Kənd təsərrüfatı və qida elmləri fakültəsinin əməkdaşları naxçıvanlı məktəblilərlə görüşüb.

Tədbirdə universitetin tələbə qəbulu şöbəsinin meneceri Aytəkin Hüseynova ADA Universitetində təhsilin yüksək keyfiyyətli və müasir texnologiyalarla tədris olunduğunu bildirib.

Universitetin müəllimi Sahil Quliyev ADA Universitetinin üstünlüklərindən danışıb. Bildirib ki, Naxçıvanda məktəblilərlə görüşün əsas məqsədi yeni açılmış fakültəyə gəncləri cəlb etmək, ölkənin kadr ehtiyatına olan tələbatı qarşılamaqdır. 

NUHÇIXAN Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir:                                                                     

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: