Ötən il Mərkəzi Elmi Kitabxananın elektron bazasına 538 sənəd daxil edilib

A- A A+

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) ötən ilin dekabr ayı ərzində ümumilikdə 2065 sənəd təqdim olunub.

MEK-dən NUHÇIXAN-a bildirilib ki, bunlardan 3-ü dissertasiya, 3-ü avtoreferat, 796-sı hədiyyə kitab, 140-ı hədiyyə jurnal, 145-i pulsuz məcburi nüsxə kitab, 66-sı pulsuz və məcburi nüsxə jurnal, 50-si qəzet, 15-i elektron resurs disk, 250-si isə PDF formatında materiallardır.

Sənədlərin 4-ü ilə bağlı müəllif müqaviləsi imzalanıb, 19-u isə ödənişli əsaslarla əldə edilib. Beynəlxalq kitab mübadiləsi yolu ilə 36 sənəd qəbul olunub, 538 sənəd isə Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: