Naxçıvanda müəllimlər ilk dəfə olaraq təhsilverənlərin mərkəzləşdirilmiş qaydada keçirilən sertifikatlaşdırma imtahanında iştirak edəcək
Naxçıvan Muxtar Respublikasında çalışan müəllimlər də ölkəmizin digər şəhər və rayonlarında çalışan müəllimlərlə birlikdə mərkəzləşdirilmiş qaydada təhsilverənlərin sertifikatlaşdırılması prosesində iştirak edəcəklər.
NUHÇIXAN xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov Naxçıvan şəhərində keçirilən "Təhsilverənlərin sertifikatlaşdırılması prosesi" adlı maarifləndirici görüşdə bildirib.