Rezidenturaya sənəd qəbulu davam edir

A- A A+

Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə aparılır.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, namizəd rezidenturaya qəbulun birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) birinci cəhdində iştirak etmək üçün Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan (kabineti olmayanlar) sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) hesabına əlavə edir.

Daha sonra Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olub “Namizədin elektron ərizəsi”ni təsdiq etmək lazımdır.

Aprelin 9-u saat 09:45-ə olan məlumata əsasən, 1370 namizəd (Azərbaycan bölməsi - 1069; rus bölməsi - 301) elektron ərizəsini təsdiq edib. İmtahanda iştirak etmək istəyən namizədlər aprelin 11-i saat 23:59-dək ərizələrini təsdiq etməlidirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: