Naxçıvanda startapçılar üçün müsabiqə elan edilib

A- A A+

Naxçıvanda startapçılar üçün müsabiqə elan edilib.

Naxçıvan Dövlət Universitetindən NUHÇIXAN-a verilən məlumata görə, Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı nümayəndəliyi və Azərbaycan

Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “StartupFest Naxçıvan” proqramı üçün müraciətlərin qəbuluna başlayır.

Proqramın məqsədi yaşıl enerji, kənd təsərrüfatı, təhsil, dövlət sektorunda innovasiyalar istiqamətində startapların formalaşmasına təkan vermək, eləcə də Naxçıvanda potensial təşəbbüskarlar arasında startap üzrə sahibkarlığa marağı və dəstəyi stimullaşdırmaqdır. Proqram çərçivəsində iştirakçılar üçün təlimlər və akselerasiya proqramı keçiriləcək.

Xatırladaq ki, “StartupFest Naxçıvan”in Naxçıvan Muxtar Respublilkasındakı tərəfdaşı Naxçıvan Dövlət Universitetidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: