Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

A- A A+

Özəl təhsil müəssisəsi olan Bakı Fransız Liseyi təsisçinin qərarı ilə fəaliyyətini dayandırır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən NUHÇIXAN-a bildirilib ki, cari tədris ilinin sonuna qədər liseydə tədris prosesi davam etdiriləcək.

“Valideynlərin müraciəti olduğu halda liseydə təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi (https://sy.edu.az/login) təmin edilə bilər.

Əlavə sualı olan valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etməklə dövlət ümumi təhsil müəssisələri (https://bakimektebleri.edu.az/) haqqında məlumat ala bilərlər.

Bununla yanaşı, şagirdlər digər özəl məktəblərdə də təhsillərini davam etdirə bilərlər”, - məlumatda qeyd olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: