Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının fəallarının layihələri 19800 manat məbləğində qrant qazanıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə keçirdiyi “İdeyanı Reallaşdır 2023” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibləri müəyyən edilib.

Qalib layihələr arasında Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının fəal üzvləri də var. Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımovun “Tələbə Gənclər Təşkilatlarının II regional konfransı”, sədr müavini Nilgün Qənbərlinin “Gənc mühəndislərin inkişaf proqramı”, sədr müavini Aytac Allahyarovanın “Milli-mənəvi dəyərlər Forumu” və Tələbə Gənclər Təşkilatının fəalları Salatın Məmmədovanın “Qərbi Azərbaycandan olan gənclərin I Naxçıvan Forumu”, Həsən İsmayılovun “Muxtariyyət-100” mövzusunda Nə? Harada? Nə zaman? intellektual oyunu, Xəyalə Məmmədovanın “Gənc hüquqşünasların inkişaf proqramı”, Araz Xəlilov “Z nəsli könüllülər üçün İntellektual Plan” layihələri müsabiqənin qalibi olub.

Qeyd edək ki, Tələbə Gənclər Təşkilatının qeyd edilən 7 layihəsi üzrə  Əziz Qasımova 3000,  Nilgün Qənbərliyə  2600, Salatın Məmmədovaya 3100, Aytac Allahyarovaya 2900, Həsən İsmayılova 2800, Xəyalə Məmmədovaya  2600 manat, Araz Xəlilova isə 2800  olmaqla ümumilikdə 19800 manat qrant ayrılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: