Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərində imtahan ümumilikdə 3 binada aparılıb.
İmtahanların idarə olunmasına 12 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 157 nəzarətçi-müəllim cəlb olunub.İmtahan rəhbərlərində 6-sı, nəzarətçi müəllimlərin isə hamısı regional bölmənin bazasındandır.
İmtahanda 1768 abituriyentin iştirakı nəzərdə tutulub.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayıb və 3 saat davam edib.
İmtahan prosesində heç bir qayda pozuntusu qeydə alınmayıb.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.
Əbülfəz Dünyamalıyev
NTV xəbər
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.