Naxçıvanda ümumi təhsil müəssisələrinin VI sinifləri üzrə monitorinq keçirilib - FOTOLAR

A- A A+

Mayın 19-da növbəti monitorinq ölkə üzrə ümumi təhsil müəssisələrinin VI sinifləri üzrə keçirilib. 

NUHÇIXAN xəbər verir ki, monitorinqdə Naxçıvan Muxtar Respublikasının ümumitəhsil müəssisələrinin VI siniflərində təhsil alan 5 minə yaxın şagirdin iştirakı təmin olunub.  

Monitorinqdə şagirdlərə tədris dili, riyaziyyat və təbiət fənləri üzrə təşkil olunub və fənlər üzrə hər birindən 25 olmaqla ümumilikdə 75 sual olunub və 150 dəqiqə vaxt ayrılıb. 

Qeyd edək ki, monitorinqlərin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, bilik və bacarıq göstəricilərinin müəyyən edilməsi, eyni zamanda tədrisin keyfiyyətinin artırılmasıdır.

Monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir. 

18-19 may tarixlərində baş tutan monitorinqlərdə muxtar respublikanın ümumitəhsil müəssisələrindən 10 min nəfərə yaxın şagird iştirak edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: