Naxçıvanla bağlı “Vikipediya”da yer alan 30-a yaxın məqalə redaktə edilib

A- A A+

AMEA Naxçıvan Bölməsi tərəfindən “Vikipediya” azad ensiklopediyasında muxtar respublika ilə bağlı məlumatların zənginləşdirilməsi və redaktə işlərinin həyata keçirilməsi məsələsi diqqətdə saxlanılır.

Bölmənin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, muxtar respublikanın 100 illiyi çərçivəsində Naxçıvanla bağlı “Vikipediya”da yer alan təxminən 30-a yaxın məqalə redaktə edilib və ya yeni məlumatlar əlavə olunub, “Naxçıvan Muxtar Respublikası mövzularda” şablonu tərtib edilərək, xüsusi bölmədə toplanıb. Bu, Naxçıvanın zəngin tarixi və mədəniyyətini daha geniş şəkildə əks etdirmək və onun dünya miqyasında tanıdılmasına töhfə vermək məqsədi daşıyır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: