Nazirlər Kabinetinin 2022-ci il 20 avqust tarixli 321 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin (sertifikatlaşdırmanın nəticəsinə görə) vəzifə maaşlarına aylıq əlavələr”də dəyişiklik edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Həmin Qərara dəyişiklik, bəzi hallarda bu əlavələrin verilməsində yaranan texniki xarakterli məhdudiyyətlərin aradan qaldırılması məqsədilə edilib.