Dövlət İmtahan Mərkəzi I və VI ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında keçirilən imtahanda, ümumilikdə 920 abituriyent iştirak edib.
İmtahanlar Naxçıvan şəhəri 5,12 nömrəli və Heydər Əliyev tam orta məktəblərdə 78 zalda keçirilib. İmtahanın idarə olunmasına 12 rəhbər, 93 nəzarətçi ayrılıb.