Bu gün Azərbaycanın 4 mindən artıq məktəbində məzun günü keçirilir.
NUHÇIXAN xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev şəhid polkovnik Ramiz Qasımov adına 216 nömrəli məktəbdə “Son zəng” tədbirində çıxış edərkən deyib.
Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərdə də təhsil sahəsində işlər gedir:
"Bu gün Füzulidə, Zəngilanda, Talış kəndində və Laçının iki məktəbində məzun günü keçirilir".