I və IV ixtisas qrupları üzrə qəbul imtahanında ən yüksək nəticə göstərənlərin sayı bilinib

A- A A+

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə 2 iyun 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

DİM-dən NUHÇIXAN-a verilən məlumata görə, bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 10 nəfər göstərib. Şəki şəhər 18 saylı orta məktəbin məzunu İlyasova Zərifə Elmaz qızı hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. Həmin abituriyent imtahanın birinci mərhələsində 300 bal toplamışdı.

Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni 397.0 bal toplayan V.Veysəlov adına Gəncə şəhər 30 saylı məktəbin məzunu Əhmədova Nəzrin Ramil qızı göstərib. O, imtahanın birinci mərhələsində 300.0 bal toplamışdı. Hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticə (697.0 bal) ona məxsusdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: