Bu gün Naxçıvan Qızlar Liseyinə qəbul imtahanı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, iyunun 23-də 2024-2025-ci tədris ili üçün Naxçıvan Qızlar Liseyinə qəbul imtahanı keçirilib.

Heydər Əliyev adına tam orta məktəbdə keçirilən imtahanda lV sinifi bitirən 261 qız şagird iştirak edib.

Şagirdlərə Azərbaycan dili və riyaziyyat fənnindən qapalı test formasında ümumilikdə 45 sual təqdim olunub və 90 dəqiqə vaxt ayrılıb.

Məlumat üçün bildirək ki, liseyə ən yüksək nəticə göstərən 60 şagird qəbul olunacaq.

İmtahan nəticələri 10 gün ərzində elan olunacaq.

Şagirdlər imtahan nəticələrini şagirdlərin elektron yerdəyişmə portalından (sy.edu.az) əldə edə biləcəklər.

Qeyd edək ki, muxtar respublikada ilk dəfə liseylərə qəbul ölkə üzrə mərkəzləşmiş qaydada aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: