Nazir: Naxçıvanda sertifikasiya prosesində iştirak edən müəllimlərin 42 faizi 51 baldan yuxarı toplayıb - VİDEO
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-02027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq bu il ilk dəfə muxtar respublikanın ümumtəhsil məktəblərində təhsilverənlər mərkəzləşmiş qaydada keçiriləcək sertifikatlaşdırma prosesində iştirak edib. Artıq sertifikatlaşdırma imtahanı başa çatıb. Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov nəticələrlə bağlı jurnalistlərə müsahibə verib.
NUHÇIXAN həmin müsahibəni təqdim edir: