Azərbaycan alimlərinin ikinci qurultayı bu ilin sonunda keçiriləcək

A- A A+

Azərbaycan alimlərinin ikinci qurultayının bu ilin sonunda keçirilməsi nəzərdə tutulur. NUHÇIXAN xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında söyləyib.

A.Əlizadə deyib: “Qurultayda Azərbaycan elminin bugünkü innovativ vəziyyəti əsas leytmotiv kimi irəli sürüləcək və onun bütün istiqaməti tətbiqi elmə həsr olunacaq. Qurultayda innovativ elmin inkişafı məsələləri, yəni elmin təsərrüfata, iqtisadiyyata verdiyi töhfələr və imkanlar müzakirə ediləcək. Bunun üçün ölkənin bütün elmi qurum və müəssisələri bu mühüm tədbirdə fəal iştirak edəcək. Artıq qurultaya hazırlıqla bağlı AMEA tərəfindən müəyyən işlərə başlanılıb”.

Xatırladaq ki, Azərbaycan alimlərinin birinci qurultayı 2014-cü ilin dekabrında keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: