Akademik Akif Əlizadə: Hər il martın 27-si Azərbaycanda Elm Günü kimi qeyd olunacaq

A- A A+

Hər il martın 27-si Azərbaycanda Elm Günü kimi qeyd olunacaq.

NUHÇIXAN xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının iclasında söyləyib.

A.Əlizadə bildirib ki, AMEA tərəfindən irəli sürülən bu təklif ölkə rəhbərliyi tərəfindən də təqdir olunub. Bu tarix ölkə üçün əlamətdar bir vaxta - AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün böyük əhəmiyyət daşıyır.

Diqqətə çatdırılıb ki, martın 27-si ölkəmizdə ilk dəfə elm bayramı kimi qeyd olunacaq və bununla bağlı hazırda AMEA tərəfindən ciddi hazırlıqlar aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: