“CES 2019” sərgisində istifadəçinin emosiyalarını tanıya bilən robot nümayiş etdirilib

A- A A+

Yaponiyanın “Yukai Engineering” şirkəti “CES 2019” sərgisində istifadəçinin emosiyalarını tanıya və onun “dərdinə şərik ola” bilən “BOCCO emo” robotunu nümayiş etdirib.

NUHÇIXAN robo-hunter.com saytına istinadla xəbər verir ki, kiçik qaradamı kimi görünən robot ev sakinləri ilə qarşılıqlı əlaqə üçün nəzərdə tutulub. “BOCCO emo” internetə “Wi-Fi” və ya sim-kart sayəsində yaradılan mobil əlaqə vasitəsilə qoşulur. İstifadəçilər robota ismarıc (audio və ya mətn şəklində) göndərirlər, robot isə onu yüksək səslə oxuyur.

Robotun əsas özəlliyi ondan ibarətdir ki, o, sahibinin nitqini və səsinin intonasiyasını tanıya bilir. “BOCCO emo” sahibindən neqativ sözlər eşitdikdə başını aşağı endirərək, ağlayıb-sızlamağa oxşar səs çıxarır, onun yanaqlarında isə qırmızı işıq yanır. O, istifadəçinin şən əhval-ruhiyyədə olduğunu “hiss etdikdə” başını qaldıraraq, quş kimi cəh-cəh vurur, yanaqlarında isə yaşıl işıq yanır.

2019-cu ilin payız aylarında satışa çıxarılacaq robotun qiymətinin 240 dollar olacağı bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: