Qarabağ Universitetinə mətbuat katibi təyin edilib

A- A A+

Qarabağ Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinə müdir təyinatı olub.

NUHÇIXAN xəbər verir ki, universitetin rektoru Şahin Bayramovun müvafiq əmrinə əsasən, Aytən Quliyeva sözügedən vəzifəyə təyinat alıb.

Qeyd edək ki, Aytən Quliyeva əmək fəaliyyətinə 2008-ci ildə Bakı Slavyan Universitetində başlayıb. 2013–2021-ci illərdə Elm və Təhsil Nazirliyində çalışıb. O, 2021–2024-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) İnformasiya və insan resursları şöbəsinin müdiri vəzifəsində çalışıb. Aytən Quliyeva TKTA-da işlədiyi dövr ərzində qurumun ictimaiyyətlə əlaqələr və kommunikasiya fəaliyyətinə də məsul olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: