Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə yekun vurulub

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq bu il ilk dəfə olaraq  ölkə üzrə mərkəzləşmiş qaydada muxtar respublikada 2-10 iyul tarixlərində  keçirilən müəllimlərin  işə qəbulu müsabiqənin test imtahanı mərhələsi bu gün yekunlaşıb.  

Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə yaradılan imtahan mərkəzində təşkil olunan imtahanların   şəfaflığın təmini məqəsdilə  elektron daşıyıcılar,  səs və görüntüləri qeyd edən veb kameralara  quraşdırılıb. 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikasıı Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən imtahanlara 1667 namizəd dəvət olunub, onlardan 1341-i (80.4 faizi) imtahanda iştirak edib, 323-ü (19.6 faizi)  imtahanda iştirak etməyib. Test imtahanında 40-a yaxın namizəd 80 və üzəri bal toplayıb. Muxtar respublika üzrə ən yüksək nəticəni  ər-arvad olan namizədlər  kimya fənnindən 95 bal  Ələkbər Ağayev,  ingilis dili fənnindən isə 93,75  bal Sura Rüstəmova göstərib. 

Qeyd edək ki, hazırda Naxçıvan 
Muxtar Respublikasının ümumitəhsil məktəblərində vakant olan yerlərin elektron  portala yerləşdirilməsi prosesi  davam edir. Muxtar respublikanın ümumtəhsil məktəblərindən 512 vakant yer (4538 saat) müsabiqənin test imtahanı mərhələsində uğur qazanan namizədlərə təklif olunacaq. Təklif olunan yerlər ötən illə müqayisədə  təqribən 2 dəfədən artıq (ötən il: 200 yer, 2407 saat) çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: