"İlin ən yaxşı kitabı" - FOTOLAR
“Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşları İsmayıl Bağırov və Təbiət Tağıyevin “Vergi məcəlləsinin xüsusi hissəsinin praktik izahı” adlı kitabının təqdimat mərasimi keçirilib.
NUHÇIXAN xəbər verir ki, dərs vəsaitində Azərbaycan Respublikasının vergi sisteminin strukturu, ölkədə fəaliyyət göstərən bütün vergi növləri maddələrlə izah edilib. Vergilərin hesablanması sahəsində müxtəlif məsələlərin həlli nümunələri öz əksini tapıb. Vəsait iqtisadi ixtisaslar üzrə təhsil alan tələbələr, magistrlər, doktorantlar, müəllimlər, mühasiblər, iqtisadçılar, vergi sistemi işçiləri həmçinin vergitutmanın əsaslarını müstəqil surətdə öyrənmək istəyənlər üçün nəzərdə tutulub.
Qeyd edək ki, aprelin 28-29-da keçirilən İkinci Milli Mühasiblər Forumunda mühasibatlıq və vergi sahəsində yazılmış ilin ən yaxşı müsahibat uçotu müsabiqəsi keçirilib. “Vergi məcəlləsinin xüsusi hissəsinin praktik izahı” 50-ə yaxın kitabın içərisindən vergi uçotu istiqaməti üzrə ilin ən yaxşı kitabı nominasiyasına layiq görülüb.
Nuray Əsgərova
NTV Xəbər