Agentlik: Məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün 24 mindən çox vətəndaş növbəyə yazılıb

A- A A+

Regional təhsil idarələri və Naxçıvan Muxtar Respublikası üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün növbəyə yazılma prosesi davam edir.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən NUHÇIXAN-a bildirilib ki, bu günə qədər 24 min 543 nəfər növbəyə yazılıb.

Qeyd edilən boş yerlər üzrə növbələr 5 gün ərzində sorğuya çevriləcək.

Valideynlər keçid vasitəsilə bağçalarda müvafiq qrup və boş yerlərin sayı ilə tanış ola bilərlər.

Qeyd edək ki, Bakı şəhəri üzrə bağça seçimi iyulun 26-da 4-5, 5-6 və 3-6 yaş qrupu üçün saat 11-də, 1-2, 2-3, 3-4 və 1-3 yaş qrupu üçün isə saat 3-də başlanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: