“Vikipediya”da Milli qəhrəmanlarımız haqqında ingilis dilində məqalələr yaradılıb - FOTOLAR

A- A A+

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Vikipediya”da Milli qəhrəmanlarımız haqqında müxtəlif dillərdə məqalələrin yaradılması prosesi uğurla davam edir.

MEK-dən NUHÇIXAN-a bildiriblər ki, “Vikipediya”da Azərbaycanın Milli qəhrəmanları Əsəd Əsədov və Səfa Axundov haqqında ingilis dilində məqalələr yaradılıb. Məqalələrdə Milli qəhrəmanların həyatı və keçdikləri döyüş yolu barədə ətraflı məlumat verilir.

“Vikipediya”da digər Milli qəhrəmanlarımız haqqında da müxtəlif dillərdə məqalələrin yaradılması nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: