AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə “Türk ədəbiyyatına ilk qədəm” dərsliyinin “Elm” nəşriyyatı tərəfindən transfonoliterasiya olunmuş variantı çap edilib.
İnstitutdan NUHÇIXAN-a bildirilib ki, yeni çap olunmuş kitabın elmi məsləhətçisi filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli, tərtib edib nəşrə hazırlayan və “Ön söz”ün müəllifi isə Səadət Nəsirovadır. Nəşrin elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Əli Məmmədbağıroğludur.
Dərslik 1906-cı ildə Bakıda keçirilmiş müəllimlərin birinci qurultayının qarşıya qoyduğu vəzifələrə uyğun olaraq tərtib edilib.
“Türk ədəbiyyatına ilk qədəm” dərsliyi ali məktəb tələbələri və orta məktəb şagirdləri üçün nəzərdə tutulub.