“Azərbaycan arxeologiyası” jurnalının yeni nömrəsi çapdan çıxıb

A- A A+

Xəzər Universitetinin nəşri olan “Azərbaycan arxeologiyası” jurnalının növbəti nömrəsi çapdan çıxıb.

NUHÇIXAN xəbər verir ki, jurnalın bu buraxılışı görkəmli Azərbaycan arxeoloqlarından biri, tarix elmləri doktoru, professor Qara Əhmədovun 90 illiyinə həsr edilib.

Oxucular nəşrin bu nömrəsində yerli arxeoloqlarla yanaşı, xarici arxeoloqlar Andreas Şaxner, Sergey Boçarov və Ayrat Sitdikovun məqalələri ilə tanış ola bilərlər. Nəşrdə, həmçinin arxeoloqlar Qüdrət İsmayılovun, Tarix Dostiyevin, Emil İsgəndərovun, Rəşid Bəşirovun, Xaqani Həbibovun, Şəhla Nuruzadənin məqalələri yer alıb.

Jurnalın ikinci hissəsini xronikalar təşkil edir. Xronikada müxtəlif vaxtlarda keçirilən beynəlxalq konfranslar haqqında məlumatlar verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: