“Vikipediya”da məzarı tapılmayan azərbaycanlı azadlıq və repressiya qurbanları ilə bağlı məqalələr yerləşdirilib

A- A A+

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən məzarı tapılmayan azərbaycanlı azadlıq və repressiya qurbanlarının siyahısı hazırlanıb.

MEK-dən NUHÇIXAN-a bildiriblər ki, kitabxananın (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri məzarı tapılmayan azərbaycanlı azadlıq və repressiya qurbanları ilə bağlı “Vikipediya”da 12 məqalə yaradıb, 171 məqaləni isə redaktə ediblər.

Məqalələrdə qeyd edilir ki, repressiya dalğası 1937-1938-ci illərdə Azərbaycanda daha kütləvi şəkildə həyata keçirilib. Təkcə 1936-cı il oktyabrın 1-dən 1938-ci il iyulun 1-dək ölkəmizdə 25 min 222 nəfər həbs olunub. Onların 13 min 356-sı azərbaycanlı idi. Lakin repressiyaların miqyası əhəmiyyətli dərəcədə böyük idi. Repressiya qurbanlarının ailə üzvləri və digər yaxın qohumları da repressiyalara məruz qalaraq ölkənin şimal rayonlarına və Orta Asiyaya sürgün edilib. Bunlar nəzərə alınsa, təkcə 1937-1938-ci illərdə repressiya qurbanlarının ümumi sayı 80 mindən çox idi.

Qeyd edək ki, bu məlumatlar, eyni zamanda, hazırlanan və redaktə edilən məqalələr gələcəkdə digər dillərə də tərcümə olunaraq “Vikipediya”da yerləşdiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: