Müəllim və şagirdlərə ustad dərsi keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində ustad dərsi keçirilib.

Ustad dərsində uşaq musiqi məktəblərində müvafiq ixtisaslar üzrə təhsil alan şagirdlər və müəllimlər iştirak ediblər.

Muxtar respublikanın əməkdar müəllimləri və mədəniyyət işçilərindən tar  ixtisası üzrə İmamqulu Əhmədov, kamança ixtisası üzrə Mahirə Məmmədova, skripka ixtisası üzrə İlahə Əliyeva, qarmon ixtisası üzrə İsa Əliyev, qanun ixtisası üzrə Məhəbbət Babayeva, fortepiano ixtisası üzrə isə Nərminə Qədimova müəllim və şagirdlərə ustad dərsi keçiblər.

Həmçinin dərsdə hər bir musiqi alətinin özünəməxsus texniki imkanları ilə yanaşı ifa olunan musiqi əsərləri barədə şagirdlərə ətraflı məlumat verilib.

Belə dərslərin keçirilməsində məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsinə, şagirdlərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə nail olmaqdır.

 

Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: