AMEA Naxçıvan Bölməsində növbəti interaktiv dərs keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, AMEA Naxçıvan Bölməsində keçirilən növbəti interaktiv dərs  “Yer kürəsinin torpaq zonaları və mühitinin qorunması problemləri” mövzusuna həsr olunub.

Dərsi aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyev aparıb. O, torpağın tərkibi, müxtəlifliyi və xassələri haqqında şagirdləri ətraflı məlumatlandırıb.

Şagirdlərin diqqətinə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasında torpaq örtüyünün əmələ gəlməsində, onun dəyişməsində relyef xüsusiyyətləri çox böyük rol oynayıb və hazırda da öz təsirini göstərməkdədir. Bildirilib ki, muxtar respublikada istifadəyə yararsız torpaqların əkin dövriyyəsinə qatılması istiqamətində tədbirlər davam etdirilir.

İnteraktiv dərs muxtar respublikanın 200-dən artıq ümumtəhsil müəssisəsində izlənilib.

 

                                       Sadiq Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: