Ali təhsil ocağında fakültələrarası bilik yarışları keçirilib

A- A A+

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a verilən məlumata görə, ali təhsil ocağında “2 Fevral Gənclər Günü”nə həsr olunmuş  Nə? Harada? Nə zaman? adlı intellektual yarışı və voleybol yarışı təşkil olunub.

Qiyabi və əlavə təhsil alan tələbələrin iştirak etdiyi yarış 10 komandadan ibarət olub. Yarışın qaydalarına əsasən hər suala 1 dəqiqə vaxt ayrılıb. Bir mərhələli yarışda tələbələr 25 sual əsasında dünyagörüşü biliklərini sınayıblar. Tarix- filologiya və Pedaqoji fakültənin tələbələri yarışın qalibi olub. Qalib komandalara diplomlar təqdim olunub.

Həmçinin Universitetin İdman Kompleksində qiyabi və əlavə ali təhsil alan İqtisad və Pedaqoji fakültələrin tələbələri arasında voleybol yarışı baş tutub. Rektorluq və müəllim heyəti yarışın gedişini izləyiblər. Bu görüşün sonunda Pedaqoji fakültənin komandası qalib gəlib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: