Fevralın 23-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Dilimiz – milli sərvətimizdir” mövzusunda elmi-praktik konfrans keçiriləcək.
İnstitutdan NUHÇIXAN-a bildirilib ki, “Ana dilimiz milli varlığımızdır”, “Çoxdillilik və ölü dillər”, “Azərbaycan dilinin inkişaf yolu”, “Ana dilimizi və mədəniyyətimizi qoruyaq”, “Heydər Əliyevin dil siyasəti”, “Xalqın milli özünüdərkində ana dilinin rolu”, “Gənc nəslə milli ruhun aşılanmasında ana dili amili” istiqamətlərində keçiriləcək konfransın məqsədi elmi tədqiqatların təqdimatı, müzakirəsi və informasiya mübadiləsidir.
Konfransda iştirak etmək istəyənlər elmi məqalələrini [email protected] elektron ünvanına göndərə bilərlər. Məqalə qəbulu ilə bağlı ətraflı məlumatı institutun “facebook” səhifəsində öyrənmək mümkündür.
Qeyd edək ki, məqalələr Azərbaycan, rus, türk və ərəb dillərində qəbul olunur.