Emin Əmrullayev: Azərbaycanda 400-dən çox məktəb qəzalı vəziyyətdədir

A- A A+

Şagird sayı az olan məktəblərin bəziləri tədrisə yararlı olmadığı halda məktəbləri birləşdirmirik, sadəcə başqa məktəbə daşıyırıq.

NUHÇIXAN xəbər verir ki, bu barədə jurnalistlərin sualını cavablandıran elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, hər il qəzalı məktəblərin sayı azalır: "4 il bundan əvvəl 900-dən artıq qəzalı məktəb var idisə, bu il həmin məktəblərin çoxu təmir edilib və sözügedən rəqəm yarıya enib. Bununla belə yenə də 400-dən artıq məktəb qəzalıdır və düşünürəm ki, gələcək illərdə bu sürətlə getsək, problemi aradan qaldıra bilərik.

İkinci məqam ondan ibarətdir ki, 3-5 şagirdi olan məktəblərin iqtisadi yöndən saxlanılması doğru deyil. Bu halda da həmin məktəblər mütəmadi olaraq, digər məktəblərlə birləşir. Biz burada müəllimlərin iş yerlərini, sosial faktorları nəzərə alırıq”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: