Muzeydə “Nəsimi ili” və Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə seminarlar təşkil olunacaq
Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin Gənc Alimlər və Mütəxəssislər Şurasının iclası olub.
NUHÇIXAN-ın məlumatına görə, iclasda Şura üzvlərinin təmsil olunduğu elektron məlumat bazasının yaradılması və 2019-cu il üzrə Şuranın fəaliyyət planının hazırlanması üçün irəli sürülən təkliflər müzakirə edilib. Bir çox intellektual-maarifləndirici silsilə tədbirlərin keçirilməsi, Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Nəsimi ili” və Cəlil Məmmədquluzadənin 150 illik yubileyi münasibətilə elmi-kütləvi seminarların təşkil olunması planlaşdırılır. Bununla yanaşı, təklif edilən müvafiq layihə müzakirə edilərək, cari il üçün fəaliyyət planının prioriteti kimi qəbul olunub. Layihədə Azərbaycanın arxeoloji və tarixi-etnoqrafik abidələri ilə zəngin olan bölgələrinə ekskursiyaların təşkili, maarifləndirici tədbirlərin reallaşdırılması nəzərdə tutulur.