Qarabağ Universitetində bütün ixtisaslar üzrə dərs cədvəlləri hazırlanıb

A- A A+

2024/2025-ci tədris ilində Qarabağ Universitetində bütün ixtisaslar üzrə dərs cədvəlləri hazırlanıb, professor-müəllim heyəti tam formalaşıb.

Ali təhsil müəssisəsindən NUHÇIXAN-a verilən məlumata görə, dərslər sentyabrın 23-də başlayacaq.

Qeyd edilib ki, ilk tədris ilinə hazırlıqla bağlı işlər yekunlaşıb, universitetin infrastrukturu tam hazırlanıb.

Tələbə əsaslı müasir modeldə universitet quruculuğunun tərkib hissəsi olaraq, Qarabağ Universitetində tanışlıq günləri keçiriləcək. Həmin günlərdə tələbələr universitet kampusu, əməkdaşlarla və Xankəndi şəhəri ilə tanış olacaq, bütün zəruri məlumatları əldə edəcək və onları maraqlandıran bütün suallara cavab alacaqlar.

Universitetə gəliş tarixləri barədə dəqiq məlumat tələbələrə müvafiq "WhatsApp" qrupları üzərindən təqdim ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: