AMEA Folklor İnstitutu oktyabrın 10-da Bakıda “Naxçıvan milli-mənəvi dəyərlər kontekstində” mövzusunda respublika elmi konfransı keçirəcək.
İnstitutdan NUHÇIXAN-a bildirilib ki, konfransda iştirak etmək istəyənlər 250-300 sözdən ibarət məruzə özətlərini sentyabrın 30-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Özətlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə oktyabrın 3-dək elektron poçt ünvanı vasitəsilə məlumat veriləcək.
Konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planına əsasən keçirilir.