Şərurda tam orta məktəb əsaslı təmirdən sonra istifadəyə verilib - FOTOLAR
Şərur rayonunun Təzəkənd tam orta məktəbi əsaslı təmirdən sonra kollektivin istifadəsinə verilib.
NUHÇIXAN xəbər verir ki, sentyabrın 16-da Şərur rayonunun Təzəkənd tam orta məktəbinin yeni binasının açılış mərasimi keçirilib.
Məlumata görə, mərasimdə iştirak edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov və digər rəsmi şəxslər məktəbin kollektivi ilə görüşüblər.
Məktəbdə yaradılan tədris şəraiti ilə tanışlıq zamanı məlumat verilib ki, 110 yerlik məktəb binasında əsaslı təmir işləri aparılıb, binanın dam örtüyü, qapı və pəncərələri dəyişdirilib, suvaq və boyama işləri aparılıb.
Qeyd olunub ki, məktəbin STEAM otağında və fizika-kimya laboratoriyasında elektron lövhə quraşdırılıb, kompüter otağına yeni kompüter dəstləri qoyulub, məktəbə kamera sistemləri quraşdırılıb, kitabxana əlavə ədəbiyyatlarla zənginləşdirilib.
Məktəb üçün fərdi qazanxana yaradılıb, binanın həyətində açıq idman qurğuları quraşdırılıb, həyətyanı sahədə abadlıq işləri həyata keçirilib, yaşıllıq sahəsi salınıb, işıqlandırma və suvarma sistemləri yenilənib.