Müəllimlər üçün seminarlar keçirilir - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində muxtar respublikanın ümumtəhsil məktəblərində fizika, kimya və biologiya fənlərini tədris edən  müəllimlər üçün seminarlara  start verilib.

Müəllimlərin yaradıcılıq potensialının yüksəldilməsi, tədris  prosesində onların əyanilikdən, o cümlədən, elektron lövhələrdən, laboratoriyalardan səmərəli istifadəsini təmin etmək, fərqli  rayon və məktəblərdən olan müəllimlər arasında fikir və təcrübə mübadiləsinin aparılması məqsədilə keçirilən seminar yanvarın 31-dək davam edəcək.

Seminarlara hər fənn üzrə 20 nəfər olmaqla, ümumilikdə muxtar respublikanın ümumtəhsil məktəblərindən 60 müəllim cəlb edilib. Qeyd olunan fənlərin aktual mövzularına həsr olunan seminarlar yüksək ixtisaslı mütəxəssislər tərəfindən, müasir informasiya-kommunikasiya texnologiyaları vasitələri ilə keçirilir. Seminar çərçivəsində universitet şəhərciyi, Botanika bağı və muzeyi, Qeyri-üzvi kimya, Analitik kimya, Fiziki və kolloid kimya, elmi-tədqiqat laboratoriyalarında praktiki məşğələlərin keçirilməsi nəzərdə tutulub.

Seminarların sonunda müəllimlərə sertifikatlar təqdim olunacaq.

 

Aygün Hüseynli

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: