Nazirlik Xankəndi şəhərində 4 nömrəli tam orta məktəbin təmirdən sonra görüntülərini yayıb - VİDEO
Elm və Təhsil Nazirliyi Prezident İlham Əliyevin ötən gün Xankəndi şəhərində açılışında iştirak etdiyi Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin videogörüntülərini yayıb.
Nazirlikdən NUHÇIXAN-a verilən xəbərə görə, Xankəndidə 4 nömrəli 624 şagird yerlik tam orta məktəbin əsaslı təmirinə Elm və Təhsil Nazirliyinin sifarişi ilə bu ilin mayında başlanılıb.
Məktəbin layihəsi 0,67 hektar ərazini, 3760 kvadratmetr ümumi sahəni əhatə edir. Məktəbdə 11 sinif otağı, kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 2 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, həmçinin yeməkxana yaradılıb.