Növbəti üç ildə Xankəndidə açılışı olan Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə məlumat verib.
Qeyd edək ki, Qarabağ Universitetində 1200-ə yaxın tələbə təhsil alacaq və sentyabrın 23-də yeni tədris ili başlayacaq.