Naxçıvanda peşəkar mühasib sertifikatı imtahanının birinci mərhələsi keçirilib

A- A A+

Bu gün Naxçıvanda Dövlət İmtahan Mərkəzi tərəfindən peşəkar mühasib sertifikatı imtahanının birinci mərhələsi keçirilib. İmtahanda namizədlərə seçdiyi peşəkar mühasib sertifikat növü üzrə mühasibat uçotundan 40 test tapşırığı təqdim olunub.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin binasında keçirilən imtahanda 78 namizəd iştirak edib. İmtahanın idarə olunmasına 1 rəhbər, 7 nəzarətçi ayrılıb. 

İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: