Azərbaycan Dillər Universitetində “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda konfrans keçiriləcək

A- A A+

Azərbaycan Dillər Universitetində (ADU) “Hüseyn Cavid və dünya ədəbiyyatı” mövzusunda Respublika elmi konfransı keçiriləcək.

Universitetdən NUHÇIXAN-a bildirilib ki, ADU-nun rektoru, akademik Kamal Abdullanın imzaladığı əmrə əsasən konfransa hazırlıq işlərinin görülməsi və onun keçirilməsi ilə bağlı məsələlərin həlli üçün təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsinin sədri akademik Kamal Abdulladır.

Təşkilat komitəsinə daxil olan məruzələri seçərkən maksimum obyektivliyə riayət etmək, onların elmi səviyyəsinə diqqət yetirmək, konfransın mövzusuna uyğun gəlməyən materialları qəbul etməmək, həmçinin konfrans zamanı seçilmiş yüksək elmi tutumlu məruzələrin universitetin elmi jurnallarında dərc olunmasını tövsiyə etmək tapşırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: